Qazaxıstanla Türkiyə arasında aviauçuşlar sentyabrdan bərpa ediləcək

Türkiyə beynəlxalq uçuşları bərpa etmək üçün 92 ölkə ilə danışıqları başa çatdırıb. SİA xəbər verir ki, Türkiyə artıq 48 ölkə ilə müntəzəm və qeyri müntəzəm uçuşları davam etdirir.

Qazaxıstanla Türkiyə arasında müntəzəm aviauçuşlar sentyabrın 1-dən bərpa ediləcək.

Qeyd edək ki, Türkiyə yeni koronavirusa yoluxma hallarının artması səbəbindən iyulun 4-də Qazaxıstana uçuşları dayandırmışdı. İki ölkə arasında iyunun 20-də bərpa edilən aviauçuşlar, koronavirusa yoluxmanın artması səbəbindən iyulun 4-də yenidən dayandırılmışdı

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...