İsrail qırıcıları Qəzza zolağında HƏMAS-ın mövqelərinə zərbələr endirib

İsrail ordusunun qırıcı təyyarələri Qəzza zolağında HƏMAS-ın mövqelərinə aviazərbələr endirib.

SİA-nın "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidmətindən bildiriblər.

Məlumata əsasən, zərbələr daha əvvəl Qəzza zolağından İsrail ərazisinə partlayıcı maddələr daşıyan şarların buraxılmasına cavab olaraq həyata keçirilib.

Qeyd edilir ki, hava zərbələri HƏMAS-ın hərbi-dəniz qüvvələrinin kompleksi, yeraltı strukturu və müşahidə postlarına endirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə