Koronavirusun atipik simptomları məlum olub

Yaşlı insanlara koronavirusun necə keçməsini təhlil edən alimlər onların əksəriyyətində xəstəliyin atipik simptomlarını müşahidə ediblər.

SİA xəbər verir ki, Şərqi İngiltərə Universitetinin bununla bağlı araşdırması “medRxiv” resursuna yerləşdirilib.

Məlumata görə, müşahidələr aprelin 7-dən iyunun 29-dək qocalar evində aparılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 103 nəfərin yalnız 38-də koronavirusun standart əlamətləri aşkarlanıb.

Bildirilib ki, 54 nəfərdə ya xəstəliyin ümumiyyətlə, simptomları qeydə alınmayıb, ya da yoluxmadan 2 həftə sonra ortaya çıxmağa başlayıb.

Bununla belə, yoluxanların çoxu naxoşluq və əzginlik hiss ediblər. Alimlər bunu COVID-19-un atipik kateqoriyasına aid ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə