Rusiya koronavirusa qarşı peyvəndin istehsalını başqa ölkəyə həvalə edib

Rusiya koronavirusa qarşı hazırlanan “Sputnik V” peyvəndinin istehsalı və paylanması mövzusunda Braziliya ilə razılığa gəlib. SİA-nın məlumatına görə, bu barədə ölkənin Birbaşa İnvestisiya Fondundan açıqlama gəlib.

Sözügedən razılaşma onlayn yolla keçirilən mərasimdə fondun rəhbəri Kirill Dmitriyev ilə Parana valisi Karlos Massa Rationo arasında əldə edilib.

Bu çərçivədə Parana əyaləti peyvəndin istehsalı, eyni zamanda Braziliya və digər Latın Amerikası ölkələrinə paylanması ilə maraqlanacaq.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...