Minskdə “Yandex”in ofisinə silahlı basqın olub

Belarusun paytaxtı Minskdə Rusiyanın “Yandex” axtarış platformasının ofisinə silahlı basqın olub. SİA-nın məlumatına görə, bu barədə ilk məlumatı “The Bell” nəşri yayıb.

“Yandex”in mətbuat departamenti xəbəri təsdiqləyib.

Bildirilib ki, qara geyimli və silahlı şəxslər ofisi ələ keçirib. Hadisə zamanı şirkətin bir neçə işçisi ofisdə olub.

Silahlı şəxslərin “Uber”in Minsk ofisinə basqın etdiyi də bildirilir.

Hər iki ofis prezident seçkilərindən sonra baş qaldıran etiraz aksiyalarının yaşandığı Cercinski bulvarında yerləşir.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...