Belarusda son 24 saatda 700 nəfər həbs edilib

Belarus təhlükəsizlik qüvvələri seçkilərdən sonra ölkədə keçirilən icazəsiz nümayişlər zamanı yüzlərlə nümayişçi saxlanılıb. SİA xəbər verir ki, bu barədə Belarus Daxili İşlər Nazirliyinin açıqlama yayıb.

Məlumata əsasən, son 24 saatda nümayişlərdə təxminən 700 adamın nəzarətə alındığı bildirildi.

Bildirilib ki, hazırda ölkədə qarşıdurma gərgin deyil, lakin, təhlükəsizlik qüvvələrinə qarşı zorakılıq davam etdiyinə görə 9-13 avqust tarixlərində vətəndaşların qanunsuz hərəkətləri nəticəsində 103 nəfər yaralanıb, 28 nəfər xəstəxanaya yerləşdirilib.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə