Dünyada koronavirus infeksiyasına yoluxanların sayı 20,8 milyonu ötüb

Dünyada COVID-19 virusuna yoluxanların sayı 20,8 milyon nəfəri ötüb.

SİA "worldometers.info" saytına istinadla xəbər verir ki, dünyada sutka ərzində 8 mindən çox yoluxma halı aşkarlanıb, 846 nəfər həyatını itirib.

Saytın son məlumatına əsasən, hazırda dünya üzrə koronavirus infeksiyasına yoluxanların sayı 20 806 248 nəfərə, ölənlərin sayı isə 747 257 nəfərə çatıb. Eyni zamanda, 13,7 milyondan çox insan COVID-19 xəstəliyindən sağalıb, 6 354 945 xəstənin müalicəsi davam edir.

Xatırladaq ki, Çin hökuməti 2019-cu il dekabrın 31-də Hubey əyalətinin Uxan şəhərində naməlum pnevmoniyanın yayılmağa başladığı barədə Ümumdünya Səhiyyə Təşkilatını məlumatlandırıb. Mütəxəssislər xəstəliyə yeni koronavirusun səbəb olduğunu müəyyənləşdirib. Martın 11-də koronavirus infeksiyasının yayılması pandemiya elan edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...