Kuba prezidenti ABŞ-ı tənqid etdi

Kuba prezidenti  ABŞ-ı tənqid etdi
Kubanın sabiq prezidenti Fidel Kastro ABŞ-ı tənqid edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, sabiq prezidentin tənqidinə səbəb Üsama bin Ladenə qarşı keçirilən əməliyyat zamanı ailəsi qarşısında öldürülməsi olub.

Belə ki, Kastro dövlət mediasında dərc edilən açıqlamasında deyib ki, Birləşmiş Ştatlar bin Ladenin sığınacağına etdiyi reydlə Pakistan dövlətinin suverenliyini pozub və bu ölkəni təhqir edib.

Kubanın sabiq lideri ABŞ-la siyasi fikir ayrılıqlarına baxmayaraq 2001-ci il sentyabrın 11-i terror hücumları məsələsində bu ölkə ilə həmrəy olduğunu və terrorizmə nifrət etdiyini də bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə