Hakimin oğlunun iştirakı ilə kütləvi dava-dalaş olub İrəvanda

İrəvanda bir ziyafətdə ondan çox gənc dava-dalaş salıb. SİA Ermənistana məxsus armenianreport.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə Shamshyan.com saytı informasiya yayıb.
İnformasiyada bildirilir ki, dava-dalaşda iştirak edənlərin hamısı polis bölməsinə aparılıb və ifadələri alınıb. Qeyd oluhnur ki, kütləvi toqquşma zamanı bıçaqlanma səbəbi ilə 1 nəfər ağır yaralanıb.
Xatırladaq ki, hadisə dünən gecə baş verib və 18 yaşlı Kotayk bölgəsi sakini Vardanın həddindən artıq ağır vəziyyətdə “Astxik” tibb mərkəzinə gətirildiyi barədə məlumat, gecə saat 11.00 radələrində polis bölməsinə daxil olub.
Hüquq mühafizəçiləri müəyyənləşdiriblər ki, saat 10.00 radələrində gənclər arasında şəxsi zəmində mübahisə düşüb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə