Ermənistanda 201 yeni yoluxma qeydə alınıb

Ermənistanda koronavirusa yoluxanların sayı 40 794 nəfərə çatıb. Erməni KİV-lərinin verdiyi məlumata görə, son sutka ərzində 201 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, daha 3 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 806 nəfər koronavirusdan ölüb, 6 262 nəfərin müalicəsi isə davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...