Koronavirusa yoluxma şübhəsi ilə 800 azyaşlı karantinə alınıb - ABŞ-da

ABŞ-ın Corciya ştatındakı Çeroki Rayon Məktəb Bölgəsində 800 azyaşlı karantinə alınıb. SİA-nın məlumatına görə, onlarda koronavirusa yoluxma şübhəsi aşkarlanıb.

Məktəbdən verilən açıqlamada işçi heyətindən 42 nəfərin də infeksiyaya yoluxduğundan şübhələnilir.

Ötən həftə tədris prosesinə start verilən bölgədə 42 mindən çox şagird var.

Koronavirusa yoluxmanın anidən artması nəticəsində ştatın digər məktəb bölgələrində tədris dayandırılıb.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə