Livandan Ermənistana gətirilən ermənilər Qarabağa köçürülür

Livandan 100-ə yaxın erməni Ermənistana gətirilib. SİA-nın məlumatına görə, bu barədə ölkənin baş naziri Nikol Paşinyan öz Feysbuk səhifəsində bildirib.

“Ermənistana xoş gəlmisiniz, əziz həmvətənlər. Hamınızı qəbul etməkdən məmnunuq və öz vətənlərində məskunlaşmaq istəyən vətəndaşların geri qayıtmasını təşkil etmək üçün əlimizdən gələni edirik”, - Paşinyan yazıb.

Ermənilər Livana humanitar yardım daşıyan təyyarələrlə Ermənistana gəliblər. Onların Dağlıq Qarabağ ərazisində yerləşdiriləcəyi bildirilir.

Xatırladaq ki, avqustun 4-də Beyrut limanında 2750 ton ammonium-nitrat saxlanılan bunker partlamışdı. Livan Səhiyyə Nazirliyinin məlumatına görə, 13 erməni daxil olmaqla, 160-dan çox insan ölüb, yüzlərlə erməni daxil olmaqla, 6 minə yaxın insan yaralanıb.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə