Təhlükəsizlik Şurasının TƏCİLİ İCLASI çağırıldı - Yunanıstanda

Şərqi Aralıq dənizində Türkiyə ilə Yunanıstan arasında gərginlik davam edərkən Yunanıstan Milli Təhlükəsizlik Şurasının təcili iclası çağırılıb. SİA xəbər verir ki, Müdafiə naziri Nikos Panaqiotopoulosun rəhbərlik etdiyi toplantıda ölkənin aparıcı hərbi heyəti və hərbi liderləri yer alıb.

“Atena-Makedoniya” agentliyinə açıqlama verən yunan mənbələr iclasın məqsədinin daha geniş bir bölgədə vəziyyəti dəyərləndirmək və Türkiyəyə qarşı ediləcək həmlələri masaya qoymaq olduğunu söyləyib.

Mənbələr 3 saat davam edən iclasın nəticələri barədə məlumat verməyib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə