Çinin şərqində “Mekhala” tropik qasırğası tüğyan edir

Çinin şərqindəki Futszyan əyalətinin sahillərində tayfun səviyyəsinə qədər güclənən “Mekhala” tropik qasırğası tüğyan edir.

SİA “TASS” agentliyinə istinadən xəbər verir ki, Çinin tropik cərəyanların monitorinqi sisteminin məlumatına görə, tayfun yerli vaxtla saat 07:30-da (Bakı vaxtı ilə 03:30) Çjanpu dairəsinin sahillərinə çatıb.

Sahilə çatana qədər tayfunun mərkəzi hissəsində küləyin sürəti 33 m/s olub. Bundan sonra tropik cərəyan zəifləməyə başlayıb, hazırda burada küləyin sürəti təqribən 30 m/s-dir. Tropik cərəyan təxminən 35 km/saat sürəti ilə şimala doğru hərəkət edir və tədricən gücünü itirir.

Bir neçə saat əvvəl tropik qasırğa tayfun səviyyəsinə qədər gücləndikdən sonra Çinin Mərkəzi Meteoroloji Xidməti narıncı təhlükə səviyyəsi elan edib

Bütün xəbərlər Facebook səhifəmizdə