Braziliyada son sutka ərzində daha 703 koronaviruslu xəstə dünyasını dəyişib

Braziliyada son sutka ərzində daha 22 048 nəfərin koronavirus infeksiyasına yoluxması təsdiqlənib.

SİA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 3 057 470 nəfər yoluxub. Bu müddət ərzində 101 752 koronaviruslu xəstə dünyasını dəyişib, son sutkada isə bu rəqəm 703 nəfər olub.

Həmçinin bu günədək 2 163 812 (yoluxanların təxminən 70%-i) xəstə müalicə olunaraq sağalıb. Hazırda 791 801 aktiv xəstə var.

Bütün xəbərlər Facebook səhifəmizdə