Məxfi Xidmətin bir əməkdaşı Ağ Evin yaxınlığında baş vermiş atışma zamanı xəsarət alıb

ABŞ rəhbərliyini qoruyan Birləşmiş Ştatların Məxfi Xidmətinin bir əməkdaşı Ağ Evin yaxınlığında baş vermiş atışma zamanı xəsarət alıb.

SİA xəbər verir ki, bu barədə qurumun “Twitter” səhifəsində məlumat yer alıb.

Məlumata görə, şübhəli şəxs və məxfi xidmət əməkdaşı xəstəxanaya yerləşdirilib. Hadisə zamanı mühafizə olunan şəxslərin heç biri üçün təhlükə yaranmayıb.

Qeyd edək ki, bundan bir qədər əvvəl ABŞ prezidenti Donald Tramp Ağ Ev yaxınlığında baş verən atışma səbəbindən mətbuat konfransını yarımçıq tərk etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə