Birinci Dünya müharibəsinin son əsgəri dünyasını dəyişib. SİA-nın məlumatına görə, müharibədən sağ qalan son əsgər ingilis Klaude Kouls Avstraliyada 110 yaşında öldüyü açıqlanıb. Klaude Kouls qərbdəki Perth şəhərində dünən axşam həyatını itirib. Kouls müharibədə səfərbər edilmiş təxminən 70 milyon əsgərdən həyatda qalan son adam idi. Xatırladaq ki, digər əsgər amerikalı Frank Bukles isə bu ilin fevralında ABŞ-da 110 yaşında ölmüşdü.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB