İngiltərəni baş naziri David Kameron Londonda səfərdə olan İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşüb. SİA-nın məlumatına görə, David Kameron dünən reallaşan görüşdən əvvəl verdiyi açıqlamada, ölkəsi ilə İsrail arasındakı "güclü dostluğa" diqqət çəkib: "Usame bin Ladenin öldürülməsi ilə terrorla mübarizədə demokratiyanın inkişafında, Orta Şərq və Şimal Afrikada vətəndaş haqları və azadlıqlar mövzusunda fürsət ələ keçib".
İsrailin baş naziri Netanyahu da Orta Şərqdə stabilliyin hökm sürəcəyinə inandığını vurğulayaraq bildirib ki, siyasi münasibətlər Orta Şərqdə sülh vəziyyətinin saxlanılması üçün əhəmiyyətlidir.
Qeyd edək ki, Kameron və Netanyahu arasında, Orta Şərqdə sülh və "Əl Fəthlə" "Həmas" arasındakı razılaşmalar müzakirə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB