Usame bin Ladenin qızı atasının öldürülməsindən danışıb

Usame bin Ladenin qızı atasının öldürülməsindən danışıb

Usame bin Ladenin ölümü ilə bağlı müxtəlif iddialar davam edir. SİA-nın məlumatına görə, Pakistan mediası "Əl-Qaidə" liderinin ailəsinin qarşısında öldürüldüyünü bildirib. Pakistanın Milli Təhlükəsizlik rəsmilərinin sözlərinə görə, Ladenin 12 yaşındakı qızı ifadəsində atasının ölümünü gözləri ilə gördüyünü deyib.

Hadisəni şərh edən "The News" qəzetinin müxbirləri də xəbərləri təsdiqləyərək, "bin Ladenin qızı, atasının gecəyarısı baş tutan əməliyyatın ilk bir neçə dəqiqəsində öldürüldüyünü təsdiq edib", - deyə bildiriblər.

Qeyd edək ki, amerikalı səlahiyyətlilər həyata keçirilən əməliyyatda əsas məqsədin "Əl-Qaidə" liderininin canlı ələ keçirilməsi olduğunu bəyan etmişdilər.

Bütün xəbərlər Facebook səhifəmizdə