Ermənistanda koronavirusdan ölənlərin sayı gizlədilir

Ermənistanda koronavirusa 255 yeni yoluxma qeydə alınıb. Bu barədə "News.am" xəbər verir.

Məlumata görə, bununla da ölkədə təhlükəli infeksiyaya yoluxanların ümumi sayı 40 410 nəfərə çatıb.

Qeyd edilir ki, son sutka ərzində ölkədə koronavirusla bağlı 1 576 test aparılıb. Beləliklə, koronavirus testlərinin sayı ümumi 176 014-ə çatıb.

Ötən gün ərzində 125 pasiyent sağalıb. Təhlükəli infeksiyadan sağalanların ümumi sayı 32 520-yə yüksəlib.

Məlumata görə, son sutkada ölkədə COVID-19-dan daha 6 nəfər vəfat edib. Lakin koronavirusdan ölənlərin ümumi sayı açıqlanmır.

Hazırda ölkə xəstəxanalarında daha 6 871 nəfər müalicə edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...