Gürcüstanda atışma olub, bir nəfər ölüb

Gürcüstanın Axalkalaki şəhərində bir qrup şəxs arasında atışma olub, nəticədə bir nəfər ölüb, bir neçə nəfər isə yaralanıb.

SİA-nın yerli bürosu xəbər verir ki, faktı Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) təsdiqləyib.

Bildirilib ki, qarşıdurma zamanı şəhərdə dörd ev və bir hotel yandırılıb. Hadisə yerinə bölgənin polis bölmələri tam heyətlə səfərbər edilib, həmçinin yanğınsöndürmə briqadaları cəlb olunub. Atışmanın saat 19:00-da başladığı və təxminən 1 saat davam etdiyi bildirilib.

Hadisənin səbəbi hələlik məlum deyil.

Faktla bağlı cinayət işi açılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...