Mark Esper: ABŞ hakimiyyəti Əfqanıstandakı kontingentin sayını azaltmaq niyyətindədir

ABŞ hakimiyyəti noyabr ayının sonuna qədər Əfqanıstandakı kontingentin sayını azaltmaq niyyətindədir.

SİA-nın məlumatına görə, bu barədə "Fox News" telekanalına müsahibəsi zamanı ABŞ-ın müdafiə naziri Mark Esper deyib.

M.Esper bildirib: "Noyabr ayının sonuna qədər Əfqanıstanda 5 mindən az ABŞ hərbçisi saxlamaq niyyətindəyik. Biz ABŞ Konqresinə bunun necə göründüyünü izah etməliyik <...> İnanırıq ki, bütün əsas vəzifələri icra edə, ilk növbədə isə ABŞ-ın Əfqanıstandan çıxan terrorçular tərəfindən təhdid edilməməsini təmin edə bilərik. Biz bunu daha aza sayda hərbçi ilə edə bilərik. Biz bu istiqamətdə irəliləmək niyyətindəyik".