Almaniya məzuniyyətdən qayıdanlar məcburi testdən keçəcək

Almaniyada koronavirus üzrə dünənki statistika təşviş yaradıb. SİA xəbər verir ki, yoluxmaların sayının artması ilə əlaqədar, ölkənin səhiyyə naziri Yens Şpan bu gün səhər mətbuat konfransı keçirib.

O deyib ki, Avropa İttifaqına daxil olmayan ölkələrdən gələn hər kəs sabahdan (avqustun 8-dən) etibarən məcburi qaydada koronavirus testindən keçməlidir. “COVID-19 daşıyıcılarının sayı yenidən artır”, - deyə xəbərdarlıq edib.

Bu günlərdə Almaniyada tətillər başa çatır, insanlar məzuniyyətdən geri dönürlər. Nazir xəbərdarlıq edib ki, deməli ölkəyə xaricdən də koronavirus “gətiriləcək”. Bu səbəbdən də Avropa İttifaqına daxil olmayan ölkələrdən gələn hər kəs məcburi qaydada koronavirus testindən keçməlidir. Ekspress-laboratoriyalar aeroportlarda, dəmir yollarında və avtobus vağzallarında fəaliyyət göstərəcək.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...