Ermənistanda koronavirusdan ölənlərin sayı 777-ə çatıb

Ermənistanda koronavirusa yoluxanların sayı 39 985 nəfərə çatıb.

Erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 166 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, daha 5 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 777 nəfər koronavirusdan ölüb, 7 200 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, Ermənistanda pandemiya ilə əlaqədar fövqəladə vəziyyət avqustun 12-dək uzadılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə