Rusiya bu halda nüvə zərbəsi endirəcəyini açıqladı

Rusiyanın Müdafiə Nazirliyi ilk dəfə digər dövlətlərə nüvə zərbəsinin endirilməsi üçün şərti açıqlayıb. Bu barədə Nazirliyin “Krasnaya zvezda” nəşri məlumat yayıb.

Mənbə qeyd edir ki, Rusiyanın bu qəbildən olan raketi buraxması üçün ilk səbəb “ölkənin və ya onun müttəfiqlərinin ərazisini hədəf seçmiş ballistik raketin startı ilə bağlı etibarlı məlumatın daxil olması”dır.

Qeyd olunur ki, ballistik raketin nüvə başlığı ilə təchiz olunması vacib deyil, çünki monitorinq sistemi onların varlığını müəyyən edə bilmir. Bütün bunlar qarşısında isə cavab zərbəsi istənilən halda endiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...