İtaliyada yeni növ koronavirus infeksiyasına yoluxma hallarının sayı 402 nəfər artıb

İtaliyada yeni növ koronavirus infeksiyasına yoluxma hallarının sayı son bir gündə 402 nəfər artıb. SİA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib. Bu, 518 yeni yoluxma halının aşkarlandığı 5 iyun tarixindən bəri maksimal sutkalıq artımdır. Ötən gün ərzində təsdiqlənmiş statistikaya əsasən, İtaliyada 6 nəfər bu virusdan ölüb, infeksiyadan ölənlərin ümumi sayı 35 187 nəfərə çatıb. Ölkə xəstəxanalarında hazırda 762 koronaviruslu xəstə var, onlardan 42-si intensiv terapiya şöbəsindədir. Bütün pandemiya dövrü ərzində yoluxmuş 249 204 nəfərdən 201 323 nəfər sağalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə