Pentaqon ABŞ-ın Əfqanıstandakı qoşunlarının azaldılması planını təsdiqləməyib

ABŞ Müdafiə Nazirliyi Əfqanıstandakı sülh danışıqlarının başa çatacağına və Ağ Evin təlimatları üzrə bu ölkəyə yerləşdirilən NATO qoşunlarının çıxarılmasına imkan verəcək şərtlərin yerinə yetiriləcəyinə ümid edir.

SİA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə Pentaqonun rəsmi nümayəndəsi Conatan Hoffman keçirdiyi brifinqində bildirib.

C.Hoffman, həmçinin prezident Donald Trampın noyabrın 3-də keçiriləcək seçkilərlə bağlı bir neçə min ABŞ əsgərinin Əfqanıstandan çıxarılması ilə bağlı dediklərini təsdiqləməyib: “Mən bundan əvvəl verilmiş fərman və sərəncamları müzakirə etmək niyyətində deyiləm”.

Bütün xəbərlər Facebook səhifəmizdə