Suriyada vəziyyət gərginləşir

Suriyada vəziyyət gərginləşir

Suriyada nümayişləri yatırmaq üçün tanklardan istifadə edilir. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Bəşər Əsəd hakimiyyəti hökumət əleyhinə nümayişlərin keçirildiyi 2 şəhərin ətrafına böyük ordu hissəsi və tanklar cəmləyir.

 

Qeyd edək ki, Suriya ordusu və təhlükəsizlik qüvvələri Dəməşqdən 120 kilomtr cənubda yerləşən Deraada əməliyyata aprelin 25-də başlayıblar. Əməliyyat zamanı 50-dən çox insan ölüb, 1000-dən artıq insan həbs edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə