Qlobal pandemiya səbəbindən Gürcüstan iqtisadiyyatında azalma 5 faiz olacaq

Qlobal pandemiyanın səbəbindən cari ildə Gürcüstan iqtisadiyyatına vurduğu ziyanın həcmi daha böyük olacaq. Hökumət iqtisadi göstəricilərə yenidən baxıb və proqnozlar yenilənib.

SİA xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankının prezidenti Koba Qvenatadze məlumat verib.

Onun sözlərinə görə, Gürcüstanın 2020-ci il üzrə iqtisadi inkişaf proqnozu qlobal pandemiyaya görə yenilənib. Cari ildə ölkə iqtisadiyyatında azalmanın əvvəlcədən proqnozlaşdırıldığı kimi 4 faiz deyil, 5 faiz olacağı gözlənilir. Bu da pandemiya başlayan dövrdə müşahidə olunan qlobal iqtisadi fəallığın və xarici tələbin azalması ilə bağlıdır.

O deyib ki, 2020-ci ilin birinci yarısında Gürcüstan iqtisadiyyatı 2019-cu ilin eyni dövr ilə müqayisədə 5,8 faiz azalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə