Beyrutda baş verən partlayış nəticəsində həlak olanların sayı azı 113 nəfərə çatıb

Beyrut limanında baş verən partlayış nəticəsində həlak olanların sayı azı 113 nəfərə çatıb.

SİA xəbər verir ki, bu barədə Al Mayadeen telekanalı Livanın Səhiyyə naziri Həməd Həsənə istinadla məlumat yayıb. Nazirin sözlərinə görə, dağıntılar altında hələ də onlarla insan qalır.

Qeyd edək ki, avqustun 4-də Beyrut şəhərinin liman rayonunda güclü partlayış baş verib. Partlayış dalğası şəhərdəki bir çox binanı dağıdıb və ya zədələyib. Partlayışın ölkəyə azı 3 milyard dollar zərər vurduğu bildirilir.

Livanın hakimiyyət orqanlarının məlumatına görə, faciəyə altı il öncə gömrük xidmətinin müsadirə etdiyi və limandakı anbarda saxlanılan 2750 ton ammonium nitratın partlaması səbəb olub. Beyrut fəlakət rayonu elan edilib, şəhərdə iki həftəlik fövqəladə vəziyyət rejimi tətbiq olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə