Livanda partlayışa görə həbslər başladı

Livan hökuməti Beyrutdakı partlayışdan dolayı liman məmurları barəsində ev dustaqlığı qərarı verib. “Röyters” xəbər verir ki, belə qərarın verilməsinə səbəb kimi 2750 ton ammonium nitratın 6 il ərzində Beyrut limanında saxlanılması göstərilib.

Ev dustaqlığına məhkum edilmiş məmurların sayı açıqlanmayıb.

Qeyd edək ki, ötən gün baş verən partlayış nəticəsində ən azı 113 nəfər ölüb. Yaralıların sayı isə 4 mindən çoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə