Şotlandiyada yenidən sərt karantin rejimi tətbiq edildi

Şotlandiyanın Aberdin şəhərində və ətraf ərazilərdə koronavirusa yoluxma hallarının artması ilə əlaqədar təkrar sərt karantin rejimi elan edilib. SİA-nın məlumatına görə, bu qərarı Şotlandiyanın Birinci naziri Nikola Stercen açıqlayıb.

Yeni qərara əsasən, Aberdin sakinləri evdən yalnız 5 mil məsafədə asudə vaxt keçirmək üçün uzaqlaşa bilərlər.

Digər şəhər sakinlərinə Aberdinə gəlməmək, yerli sakinlərə isə bir-birilərinin evlərinə getməmək tövsiyə edilib.

Bu qərarın qəbul olunmasına səbəb regiondakı koronavirus klasterində 54 yeni yoluxmanın qeydə alınması olub.

Bütün xəbərlər Facebook səhifəmizdə