Abbottabad şəhərində həyata keçirilən və dünyanın bir nömrəli terrorçusu Üsamə Bin Ladenin zərərsizləşdirilməsi ilə nəticələnən əməliyyatdan sonra terror təşkilatının digər üzvləri də məhv edilir. SİA-nın verdiyi məlumata görə, Yəmənin Müdafiə Nazirliyi "Əl-Qaida" terror şəbəkəsinin yerli qanadının 2 liderinin məhv edildiyini açıqlayıb. Onlar ölkənin cənubunda həyata keçirilmiş əməliyyat nəticəsində öldürülüb.
Öldürülənlər iki qardaş – Musaid və Abdullah Mübarəkilərdir. Onların məhv edilməsilə nəticələnmiş əməliyyat pilotsuz təyyarə vasitəsilə həyata keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB