Rusiyada son sutkada 139 nəfər koronavirusun qurbanı olub

Rusiyada koronavirusa yoluxanların sayı 865 min nəfəri keçib. Ölkədə son sutka ərzində 5 204 nəfər virusa yoluxub, 139 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 866 627 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 14 490 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 669 026 nəfər virusdan sağalıb, 183 111 nəfərin müalicəsi isə davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə