Beyrutda baş verən güclü partlayışın səbəbi məlum olub

Livanın paytaxtı Beyrutun limanında baş verən güclü partlayışın səbəbi məlum olub.

SİA "LBC international" telekanalına istinadən xəbər verir ki, limanın anbarlarından birində saxlanılan 2700 ton ammonyak selitrası (ammonium nitrat duzu) partlayıb.

Bildirilir ki, partlayış həmin anbarda qaynaq işləri aparılarkən baş verib.

Xatırladaq ki, Livanın paytaxtı Beyrutda güclü partlayış baş verib. Partlayış nəticəsində azı 73 nəfər həlak olub, 3,7 min nəfər isə xəsarət alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə