“TikTok” xidmətinin satışının mühüm bir hissəsi ABŞ-ın Maliyyə Nazirliyinə getməlidir - Tramp

“Çinin “TikTok” xidmətinin satışının mühüm bir hissəsi ABŞ-ın Maliyyə Nazirliyinə getməlidir”.

SİA xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp mətbuat konfransında deyib.

“Bu qiymətin çox hissəsi ABŞ Maliyyə Nazirliyinə getməlidir”, - deyə Tramp mətbuat konfransında xidmətin mümkün satışına toxunarkən bildirib.

Maliyyə Nazirliyinin bundan necə gəlir əldə edə biləcəyi ilə bağlı verilən suala amerikalı lider belə cavab verib: “Bu, çox sadədir. Bütün kartlar əlimizdədir. Biz olmadan onlar ABŞ-a girə bilməzlər”.

Qeyd edək ki, bir müddət əvvəl Tramp “TikTok”a ABŞ-da qadağa qoya biləcəyini deyib. Onun sözlərinə görə, bu mobil xidmət Çin şirkəti olduğu üçün həmin ölkənin qanunları əsasında istifadəçi məlumatlarını ÇXR rəsmi orqanlarına ötürməlidir. “TikTok” yaradıcıları isə istifadəçilərin məlumatlarının Çin hakimiyyətinə ötürülmədiyini və bunu heç bir zaman da planlaşdırmadıqlarını qeyd ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə