İranda daha 212 nәfәr koronavirusdan ölüb

İranda ötәn sutka әrzindә daha 212 nәfәr koronavirusdan (COVID19) ölüb. Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. Bu barәdә SİA nazirliyә istinadәn mәlumat verib.

Belәliklә, İranda bu virusdan ölәnlәrin sayı 17 617 nәfәrә çatıb.

Sadat Lari әlavә edib ki, İranda ötәn 24 saat әrzindә daha 2 751 nәfәr koronavirusa yoluxub. Bununla da İranda bu virusa yoluxanların sayı 314 786 nәfәrә yüksәlib. Virus daşıyıcılarından 4 132 nәfәrin vәziyyәti ağırdır.

Nazirlik rәsmisi İranda 272 535 nәfәrin koronavirusdan sağaldığını deyib.

Sadat Lari bildirib ki, Tehran, Mazandaran, Gülüstan, Şәrqi Azәrbaycan, Әrdәbil, İsfahan, Әlborz, Rәzәvi Xorasanı, Kirman, Şimali Xorasan, Simnan, Mәrkәzi, Yәzd vә Gilan vilayәtlәri qırmızı zona hesab olunur.

İranda indiyәdәk 2,56 milyondan çox diaqnoz testi hәyata keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...