Ukraynada koronavirusa yoluxanların sayı 75 minə yaxınlaşır

Ukraynada son sutkada 1 061 nəfərə COVID-19 diaqnozu qoyulub. Bunu ölkənin Milli Təhlükəsizlik və Müdafiə Şurası açıqlayıb.

Məlumata görə, eyni dövr ərzində 737 nəfər koronavirusdan sağalıb, 26 nəfər xəstəliyin qurbanı olub. Bununla da sağalanların ümumi sayı 40 613-ə, ölənlərin sayı isə 1 764-ə çatıb.

Bildirilib ki, Ukraynada qeydə alınmış yoluxma hallarının sayı 74 219-a yüksəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...