"Boz siyahı"da axtarılan terrorçu zərərsizləşdirilib - Türkiyədə

İyulun 30-da Şirnak əyalətinin Qabar rayonu ətrafında Türkiyə kəşfiyyatının apardığı əməliyyatı zamanı zərərsizləşdirilmiş PKK-nın dörd silahlısından biri Daxili İşlər Nazirliyinin "boz siyahı"sında axtarılan terrorçulardan biri olub. SİA bu xəbəri “Anadolu” agentliyinə istinadla verir.

Əldə edilmiş məlumatlara görə, Seyitxan Acay "Bryusk İsrail" ləqəbi ilə 2006-cı ildə terror təşkilatının tərkibində bir sıra hadisələrin icraçısı olub.

O, beş il İsraildə fəaliyyət göstərib. 2018-ci ildə Türkiyənin cənub-şərqində Siirt əyalətinin Botan ərazisində PKK-nın fəaliyyətinə cavabdehlik daşıyıb.

Seyitxan Acay bundan sonra Şırnak əyalətinin Küpeli və Qabar rayonlarında terror təşkilatı sıralarında fəaliyyət göstərib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...