“İrəvan üçün başqa bir səhv qərar” Karine Danielyan

Əgər Nork bağlarını özəlləşdirməkdə məqsəd inkişaf, bina və ya obyekt tikməkdirsə, bu, İrəvan üçün başqa bir səhv qərardır. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri sözügedən sayta açıqlamasında ekoloq Karine Danielyan deyib.

Ekoloq qeyd edib ki, bu, sadəcə anti-ekoloji qərardır.

Xatırladaq ki, Əmlak İdarəetmə Komitəsi bir qədər əvvəl dövlətə məxsus olan Nork bağında daşınmaz əmlakın istifadəsi və saxlanması üçün tələb olunan daşınmaz əmlakın və torpaqların özəlləşdirilməsi ilə bağlı müsabiqədə bütün qurumları iştirak etməyə dəvət edib və müsabiqə 11 avqust tarixində baş tutacaq.

“Digər tərəfdən, bu ərazinin satışa qoyulması şərtlərdən asılıdır. Ərazinin yaşıllıq zonası olması şərtilə bu normaldır. Təəssüf ki, özəlləşdirmə prosesinin təfərrüatları ilə tanış deyiləm. Bu məsələ ekoloji birliyin nümayəndələri ilə müzakirə edilməyib. Əlbəttə ki, karantinin də günahda payı var, amma son vaxtlar ətraf mühitlə bağlı heç bir müzakirə aparılmayıb.

Əminəm ki, Nork bağlarının satışı yalnız yaşıllıq sahələrinin qorunub saxlanması şərtilə həyata keçirilə bilər. Bu vəziyyətdə istirahət zonasından da pul qazana bilərsiniz", deyə ekoloq Karine Danielyan bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə