“Koronavirusun yeni sipmtomları üzə çıxıb” - Nazirdən AÇIQLAMA

“Koronavirusun yeni sipmtomları üzə çıxıb”. SİA-nın məlumatına görə, bu sözləri Türkiyənin Səhiyyə naziri Fahrettin Koca “Hürriyet”in köşə yazarı Osman Müftüoğluya açıqlamasında deyib.

Koca qeyd edib ki, son həftələrdə diaqnoz qoyulan yoluxmalardakı simptomlar ilk günlərdəkindən fərqlidir: "Məsələn, ishal və əzələ ağrıları daha tez-tez rast gəlinən əlamətlər olub. Bu dəyişiklikləri diqqətlə izləyirik. Ölümlərdə isə əsas problemlərdən biri qanın laxtalanmasıdır. Bu məsələlərdə yeni strategiyalar hazırladıq. Hər an tətikdə olan virus yeni hücuma çoxdan hazırdır”.

Müftüoğlu bildirib ki, Səhiyyə naziri olduqca narahat və təşvişlidir: “Virus qabaqlayıcı tədbilərə qarşı olduqca müqavimətlidir. Əvvəllər yaşlıları hədəf alırdısa, indi orta yaşlıları, hətta gəncləri xəstələndirir. Əgər qaydalara dəqiqliklə riayət etməsək, ipin ucunu buraxsaq, virus yenidən hücuma keçəcək”.

F.Koca qeyd edib ki, COVID-19 xəstəliyinin müalicəsində geniş istifadə olunan “Favipiravir”in istehsalına başlayacaqlar: “4 yerli dərman firmamıza lisenziya verdik. Bundan sonra ehtiyaclarımızı özümüz qarşılayacağıq. İxrac şansımız belə mümkündür”.

Onun sözlərinə görə, SARS-CoV-2 hələ də öz gücünü qorumaqdadır.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...