Rusiyada daha 5 min nəfər koronavirusa yoluxub

Rusiyada koronavirusa yoluxanların sayı 850 min nəfəri keçib. Ölkədə son sutka ərzində 5 394 nəfər virusa yoluxub, 79 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 856 264 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 14 207 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 653 593 nəfər virusdan sağalıb, 188 464 nəfərin müalicəsi isə davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...