Qırğızıstanda yeni növ koronavirusa daha 420 nəfər yoluxub, 12 nəfər ölüb

Qırğızıstanda yeni növ koronavirusa daha 420 nəfər yoluxub.

SİA-nın "Kabar"a istinadən verdiyi məlumata görə, yeni yoluxma halları Bişkek, Oş şəhərlərində və Çuy, Oş, Talas, Narın, İssık-Kul, Calal-Abad, Batken vilayətlərində qeydə alınıb.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 36 719 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka koronavirusdan 12 nəfər ölüb, ölənlərin ümumi sayı 1409 nəfər təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə