Kolumbiyada ötən sutka ərzində koronavirusa rekord sayda yoluxma qeydə alınıb

Kolumbiyada ötən sutka ərzində yeni növ koronavirusa rekord sayda - 11 470 yoluxma halı qeydə alınıb.

SİA-nın "TASS"a istinadən verdiyi məlumaat görə, bu barədə ölkənin Səhiyyə Nazirliyinin "Twitter" səhifəsində bildirilir.

Məlumata əsasən, Kolumbiyada koronavirusa yoluxanların ümumi sayı 317 651 nəfərə çatıb.