Berlində etiraz aksiyaları zamanı azı 45 polis əməkdaşı yaralanıb

Almaniyanın paytaxtı Berlində müxtəlif etirazlar aksiyaları, o cümlədən koronavirus infeksiyasının yayılması ilə əlaqədar tətbiq edilən məhdudiyyətlərə qarşı nümayişlər zamanı azı 45 polis əməkdaşı yaralanıb.

SİA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə bazar günü paytaxt polisi məlumat yayıb.

“Bu günə qədər 45 asayiş keşikçisi zərərçəkənlər siyahısındadır. Ümumilikdə 133 nəfər də saxlanılıb”, - məlumatda belə deyilir. Buna qədər 18 polis işçisinin yaralandığı bildirilirdi.

Məlumata görə, ümumilikdə şənbə günü keçirilən etiraz aksiyaları zamanı 1,1 min hüquq mühafizə orqanı əməkdaşı səfərbər edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...