Koronavirusa yoluxanların sayı 39 mini ötüb Ermənistanda

Koronavirusa yoluxanların sayı 39 mini ötüb Ermənistanda

Ermənistanda koronavirusa yoluxanların sayı 39 min 50 nəfərə yüksəlib. Onlardan 209 nəfəri son 24 saat ərzində virusa yoluxub. SİA-nın verdiyi xəbərə görə, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası Milli Mərkəzi məlumat yayıb.

Bildirilir ki, son sutka ərzində 5 nəfər pandemiyadan ölüb, koronavirusa yoluxmuş daha 228 nəfər isə digər səbəblərdən dünyasını dəyişib. Ölkədə pandemiya qurbanlarının ümumi sayı 754 nəfərə çatıb.

Hazırda Ermənistanda 8 min 318 aktiv koronavirus xəstəsi var.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə