Son sutkada 1112 nəfər koronavirusa yoluxub Ukraynada

Ukraynada son günlər koronavirusa yoluxma hallarında artım qeydə alınmaqdadır. SİA-nın verdiyi məlumata görə, Ukraynada son sutkada 1112 nəfər koronavirusa yoluxub, 16 nəfər isə dünyasını dəyişib.

Ən çox yoluxma Kiyev, İvano-Frankovsk və Lvov vilayətlərində qeydə alınıb. Bununla da ölkədə koronavirusa yoluxanların sayı 72 min 168 nəfərə çatıb. Virusdan ölənlərin ümumi sayı 1725 nəfərdir, 39 min 543 xəstə sağalaraq evə buraxılıb.

Qeyd edək ki, Ukraynada koronavirusla bağlı vəziyyət pisləşdiyindən karantin müddəti avqustun 31-dək uzadılıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə