COVID-19-a yoluxanların sayı 209,9 minə çatır Almaniyada

Son sutka ərzində Almaniyada koronavirusa 240 yoluxma qeydə alınıb. SİA-nın verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyinin strukturuna daxil olan və koronavirusla bağlı hesablamalar aparan Robert Kox İnstitutu məlumat yayıb. Məlumata görə, bununla da COVID-19 infeksiyasına yoluxanların sayı 209 893 nəfərə çatıb. Qeyd edilir ki, ölkədə təhlükəli infeksiyadan ölənlərin sayı 9 141 nəfərdir. Bununla yanaşı, virusa yoluxmuş təxminən 193 min insan sağalıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə