Rusiya Federasiyasının Komi Respublikasında kömür daşıyan 11 vaqon relsdən çıxıb

Rusiya Federasiyasının Komi Respublikasında kömür daşıyan 11 vaqon relsdən çıxıb.

SİA "lenta.ru" xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə regonun Fövqəladə Hallar Nazirliyindən bildiriblər.

Məlumata əsasən, insident nəticəsində xəsarət alan olmayıb, ətraf mühit üçün təhlükə yoxdur.

Bildirilir ki, qəza səbəbindən Şimal dəmir yolunun Sosnoqorsk - Mikun hissəsində qatarların hərəkəti dayandırılıb. Bundan əlavə, iki sərnişin qatarı gecikir.

Qəzanın səbəbi araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə