Son sutka ərzində Pakistanda COVID-19 virusuna 903 nəfər yoluxub, 27 xəstə ölüb

Son sutka ərzində Pakistanda COVID-19 virusuna 903 nəfər yoluxub və bununla da pandemiya dövründə yoluxanların sayı 278 min 305 nəfərə çatıb.

SİA Pakistan mətbuatına istinadla xəbər verir ki, son 24 saatda 27 xəstə ölüb və həyatını itirənlərin sayı 5 min 924 nəfər olub.

Hazırda xəstəxanalarda 25 min 177 koronavirus xəstəsi var, onlardan 1146-nın vəziyyəti ağır qiymətləndirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...